Rəsul Rza yad edildi – FOTOLAR
Bizi izləyin

Art

Rəsul Rza yad edildi – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə bir qrup şair və yazıçı Göyçay şəhərində xalq şairi Rəsul Rzanın ev muzeyini ziyarət edib.

Publika.az xəbər verir ki, tədbir iştrakçıları əvvəlcə görkəmli sənətkarın büstü önünə gül dəstələri qoyaraq, onun ölməz sənətindən söz açıblar.

Tədbir çərçivəsində əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağların “Bir nəslin dörd fəsli” adlı kitabının təqdimat mərasımı olub.

Qeyd edək ki, tədqiqat xarakterli kitab Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bir nəslin dörd nümayəndəsi Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Əlibəyli və Anarın həyat və yaradıcılığından bəhs edir. Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri Sərvaz Hüseynoğlu, şair və yazıçılardan Valeh Bahaturoğlu, Gülayə, Sədaqət Vəlioğlu, Aqil Kəngərli, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Regional Mərkəzinin Koordinator- direktoru Vilayət Muradlı,” Rəsul Rzanın “Ev Muzeyi”nin direktoru Solmaz Həsənova və başqaları çıxış edərək Rəsul Rza yaradığılığından söz açıblar. Eyni zamanda, kitabla bağlı təəssüratlarını bölüşüblər.

Məktəblilər Rəsul Rzanın şeirlərindən nümunələr söyləyiblər.

Yazıçı-pedaqoq Səxavət Tağlar tədbirin keçirilməsinə şərait yaradanlara təşəkkürünü bildirdi. Sonda, tədbir iştrakçıları muzeyin ekspanatları ilə tanış olublar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm