• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Jurnalistlərin Şahdağ macərası: xizək sürdülər, kanata mindilər... - FOTOLAR

  • Art
  • 15 Fevral 2016 13:45
  • 792 Baxış
Jurnalistlərin Şahdağ macərası: xizək sürdülər, kanata mindilər... - FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi “Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil edib. “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə həyata keçirilən ikigünlük tur çərçivəsində media nümayəndələri xizək sürməyi öyrənib, kanat yollarını müşahidə edib.

Publika.az xəbər verir ki, Azərbaycanda ilk xizək məktəbinin təlimçilərinin keçdiyi xizək dərslərinə qatılan media nümayəndələri xüsusi xizək geyimi və xizək ləvazimatları ilə təmin olunub. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları öyrədilib, xizək enişi və yamacları barəsində məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayan ilk xizək məktəbində 40-dan çox ingilis, fransız, ispan, rus, türkdilli və yerli xizək müəllimlər çalışır.

Eyni zamanda, media nümayəndələri kanat yollardan istifadə bileti ilə təmin olunublar. Onlar Şahdağın yüksəkliklərinə qalxaraq, Turizm Mərkəzini, xizək enişlərini seyr ediblər.

Mədəniyyət və Turizm Nazirliyi jurnalistlərlə yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinin də “Şahdağ” Turizm Mərkəzində bir günlük istirahətini təmin edib. Həmin turda 40 nəfər müharibə, əmək və Silahlı Qüvvələr veteranı iştirak edib. Tur çərçivəsində veteranların rahat və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Veteranların Şahdağ Turizm Mərkəzində fəaliyyət göstərən bütün əyləncə və istirahət obyektlərindən istifadə etmələri tam təmin olunub. Bakıdan Şahdağ Turizm Mərkəzinə gəlmək və geri dönmək üçün veteranlar nəqliyyat vasitəsi ilə də təmin olunublar.

Həmin veteranlarla Şahdağ Turizm Mərkəzinə təşkil olunmuş press turda iştirak edən media nümayəndələri də görüşüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Kamal Əliyev görüşdə veteranlar üçün yaradılan şəraitdən razılığını bildirib. Qeyd edib ki, dövlətimiz hər zaman veteranlara diqqət və qayğı göstərir.

Çıxış edən digər veteranlar da onlar üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR