Hüseynbala Mirələmovun tamaşası ilə bağlı QALMAQAL
Bizi izləyin

Art

Hüseynbala Mirələmovun tamaşası ilə bağlı QALMAQAL

Akademik Milli Dram Teatrında millət vəkili Hüseynbala Mirələmovun “Mərhumun mesajı” adlı əsərinin oynanılmasına qadağa qoyulduğu, buna səbəb olaraq isə teatrın direktoru və bədii rəhbəri Azər Paşa Nemətovun tamaşadan razı qalmaması əsas gətirilib.


Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Publika.az-a açıqlamasında xəbərin doğru olmadığını bildirib:

“Əgər teatrın rəhbərliyinin belə bir qərarı olsaydı, bunu biz də bilərdik. Belə bir qərar yoxdur. Bir tamaşa üç aya da təhvil verilə bilər, bir ilə də. Vaxt yaradıcılıq prosesindən asılı olaraq dəyişir. Ola bilsin ki, Azərpaşa Nemətov tamaşa ilə bağlı hansısa iradları söyləyib, amma bu o demək deyil ki, tamaşa ləğv olunub. Tamaşa təhvil veriləndən sonra Bədii Şuranın ixtiyarına verilir, əgər bəyənilsə, qəbul olunur. Hələ ki, tamaşa Bədii Şuraya təhvil verilməiyb”.


Qeyd edək ki, “Mərhumun mesajı” adlı tamaşada xalq artisti Bəsti Cəfərova, Əli Nur, Sabir Mmmədov və s. kimi aktyorlar rol alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm