
Fevralın 19-23-də Nizami Kino Mərkəzində Yapon Filmləri
Həftəsi keçiriləcək.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi 5 film Bakı tamaşaçılarına təqdim ediləcək.
Filmlər bunlardır: “Söz bağçası” (19 fevral), “Kikinin çatdırma xidməti” (20 fevral), “Nabinin sevgisi” (21 fevral), “Yay gecəsində yuxu” (22 fevral), “Xoşbəxtlik çörəyi” (23 fevral).
Filmlərin nümayişi axşam saat 19.00-da olacaq. Giriş sərbəstdir. Filmlər yapon dilində olmaqla, Azərbaycan
dilində subtitrlərlə nümayiş etdiriləcək.
Cəvahir