Onun otağında gecələmək neçəyədir?
Bizi izləyin

Art

Onun otağında gecələmək neçəyədir?

Fotoqraf Tadao Tsernin Çikaqo Sənət İnstitutu ilə birgə həyata keçirdiyi layihə Van Qoq sevərləri həyəcanlandırıb.

Publika.az xəbər verir ki, Tadao Tsern əvvəlcə Vinsent van Qoqun realda necə göründüyünü aydınlaşdırmaq üçün işə başlayıb. Rəssamın avtoportretinin üzərində fotoşopla işləyərək həqiqi Van Qoqu üzə çıxaran Tadao bununla kifayətlənməyib. O, eyni üsulu Van Qoqun yataq otağını əks etdirən “Bedroom in Arles” adlı əsərə də tətbiq edib.

Çikaqo Sənət İnstitunun əməkdaşları isə Tadaonun hazırladığı fotoya baxaraq, ona uyğun otaq dizayn edib.

Həmin otaq sənətsevərlərə kirayə verilir. Üstəlik, bu otaqda qalmaq üçün zəngin olmağa ehtiyac yoxdur. Çünki Van Qoqoun otağında gecələməyin qiyməti sadəcə 10 dollardır (təxminən 15 manat).

İlknur Salamova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm