Gəncədə “Sadığın toyu” olacaq - FOTOLAR
Bizi izləyin

Art

Gəncədə “Sadığın toyu” olacaq - FOTOLAR

Gəncə Dövlət Dram Teatrının səhnəsində Sahib İbrahimlinin “Sadığın toyu” komediyası üzərində yaradıcılıq işinə başlanılıb.

Publika.az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrı artıq yerli dramaturq Sahib İbrahimlinin bununla dördüncü pyesinə müraciət edib. Teatrın direktoru Əli Qasımovun verdiyi xəbərə görə, pyesin quruluşçu rejissoru, respublikanın xalq artisti Vaqif Şərifovdur.

Onun sözlərinə görə, tamaşada xalq artisti Alim Məmmədov (Cəfər), Zəminə Cəfərova (Nərgiz), Samir Abbasov (Sadıq), Rauf Hüseynov (Mozu), Elnur Abbasov (Şahnəli), Ramil Hüseynov (Honnadan), Mətləb Təhmazi (Mürsəl), Nailə Əhmədova (Lalə), Vasif İsmayılov (Tanrıverdi), Elnur Məmmədov (Salman) və Akif Səfərov (Qoquyev) obrazlarında çıxış edecəklər.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı isə Elşən Cəfərovdur. Tamaşa fevral ayının sonunda teatrsevərlərə təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm