
Romadakı Müasir İncəsənət Muzeyində şəhər meriyasının, “Montoro 12” Müasir İncəsənət Qalereyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin “Qavrama nöqtələri” adlı fərdi sərgisi açılıb.
Publika.az xəbər verir ki, sərgi bizə azərbaycanlı rəssamın yaradıcılığını tanımaq imkanı yaradır, müasir Azərbaycan incəsənətinin simasını əks etdirir.
Sərgi martın 29-dək davam edəcək.
Qeyd edək ki, Faiq Əhmədin əsərləri indiyədək bir çox beynəlxalq
incəsənət mərkəzlərində, o cümlədən Nyu-York, Paris, London,
Berlin, Dubay, Moskva və Honkonqda sərgilənib.
Rəssam 2007-ci ildən başlayaraq, milli ənənələrin rəmzi olan əllə
toxunmuş Yaxın Şərq xalılarının klassik model və dizaynlarını
dekonstruksiya etməklə heyranedici vizual şedevrlər yaradıb.
Bu əsərlər silsiləsi dünyanın müxtəlif ölkələrində də böyük maraqla
qarşılanıb.
Cəvahir