Vaxtanq Kikabidze Bakıya gəlir - SƏBƏB
Bizi izləyin

Art

Vaxtanq Kikabidze Bakıya gəlir - SƏBƏB

“Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək.

Fevralın 23-də saat 19:00-da Nizami Kino Mərkəzində Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək.

Publika.az xəbər verir ki, təqdimatdan öncə saat 17:00-da Nizami Kino Mərkəzinin Mətbuat Klubunda filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında İşçi Qrupunun toplantısı çərçivəsində ölkəmizdə səfərdə olacaq Gürcüstan nümayəndə heyəti də iştirak edəcək.

İndiyə qədər Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgi Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze bə başqaları rol alıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm