“Dəcəl çəpişlər” gəlir – FOTOLAR
Bizi izləyin

Art

“Dəcəl çəpişlər” gəlir – FOTOLAR

Musiqili Teatrda “Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq. Dövlət Musiqili Teatrında “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.

Publika.az xəbər verir ki, balaca tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası ötən il mayın 16-da baş tutub.

Tamaşa 20 fevral tarixində saat 12.00-da nümayiş olunacaq. “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Premyerasından bəri bütün seansları demək olar ki, anşlaqla keçən tamaşa hər dəfə uşaqların böyük marağına səbəb olur.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Tamaşada əsas rollarda Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva və başqaları çıxış edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm