Kürənsaçlı qadın, səhra, bıçaq...
Bizi izləyin

Art

Kürənsaçlı qadın, səhra, bıçaq...

“Kimsə dedi ki, sən oyaq deyilsən, bundan öncəki bir yuxuya oyanmısan. O yuxu başqa bir yuxu ilə bağlıdır, o da öz növbəsində başqası ilə… Beləliklə, yuxu sonsuza qədər uzanır, sonsuz isə qum dənələrinin sayıdır. Geriyə qayıdarkən izləməli olduğun yolun sonu yoxdur və sən bir daha həqiqətən oyanmadan öləcəksən”.

Publika.az “The Toast” adlı sayta istinadən yazıçıların yaratdığı kainatlara səyahəti davam etdirir. Keçən dəfə Murakaminin romanlarında yaşayıb-yaşamadığımızı müəyyənləşdirməyə çalışmışdıq:

Bu dəfə isə Xorxe Luis Borxesin kainatına daxil oluruq. Daha doğrusu, bir həqiqətin fərqinə varırıq.

Bəlkə, həyatımız Borxesin hekayələrindən birinə bənzəyir. Hətta bəlkə, indi burada - Dünyada deyil, Borxesin hekayələrindən birinin içində yaşayırıq. Bəs bunu anlamağın yolu varmı? Əlbəttə! Aşağıdakılardan ən azı biri sizin də başınıza gəlibsə, yaşadığınız həyatın reallığından şübhələnməyə başlayın. Bu vəziyyət sizi dəhşətə sala bilər, ya da məşhur bir yazıçının hekayəsində olmağın dadını çıxararsınız. Seçim sizindir:

*Var olmayan kitabxanadasan və özünü pis hiss edirsən.

*Sənmi hekayəni yazırsan, yoxsa hekayəmi səni yazır, bilmirsən.

*Cənubi Argentinada səyahətdəsən və başına çox qorxulu işlər gəlir.

*Sferanın içindəsən, ayaq üstə dayanmısan. Hər yer sferanın mərkəzidir. Dəhşətə düşürsən.

*Ətrafındakı hər kəs Kabala təlimində qüsursuz şəkildə gizlənmiş plana uyğun olaraq növbə ilə öldürülür.

*Şotlandiyalı adam sənə həyatını məhv edəcək kitab satır.

*Kürənsaçlı bir qadın sənə əslində onsuz da əbədiyyən ölü olduğunu xatırladır.

*Səhrada itmisən. Bir tək xəritə var, o da səhranın özüdür.

*Cənubi amerikalı kovboy sənə baxıb qəhqəhə çəkir. Əlində bıçaq, yəhərində qan ləkəsi var. Sonra, əslində, dörd gündür xəstəxanada olduğunu öyrənirsən. Bıçaq isə öz əlindədir. Heç kim gülmür.

*Bomboş şəhərin ortasında təkbətək yeriyirsən. Bu şəhər eyni zamanda pələngin cəsədidir. Burada sənə dostluq edəcək tək bir insan var, o da var olmayan biridir. Sənin ardınca düşüb.

*Labirintin dərinliyində ölürsən.

İlknur Salamova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm