Dünya şöhrətli psixoloq: “Məhəbbət toxumları səpin!”
Bizi izləyin

Art

Dünya şöhrətli psixoloq: “Məhəbbət toxumları səpin!”

Luiza Hey müsbət enerji ötürən, ruhlandırıcı əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. Amerikalı yazıçı daha çox "Həyatına şəfa ver", “Düşüncə gücü ilə müalicə” kitablarına görə tanınır.

İstedadlı psixoloqun bestsellerlərindən biri də “Öz həyatını sağalda bilərsən” kitabıdır. Bu kitab 30-dan çox dilə tərcümə olunub və minlərlə insanın həyatını xilas edib. Kitabın əsas ideyası ondan ibarətdir ki, xoşbəxtlik hər kəsin özü öz əlindədir. Çox sadə səslənir, elə deyil? Onda niyə bizim aramızda problemlərini həll edə bilməyən çox pessimist və bədbəxt insanlar var? Bəlkə, həyata başqa cür baxmağın zamanıdır?

Publika.az bu yazıda problemlərin öhdəsindən gəlmək və xoşbəxt olmaq üçün psixoloqun möcüzələr yaradan ən yaxşı pozitiv kəlamlarını təqdim edib.

Unutmayın ki, fikirlər taleyimizi formalaşdırmaq kimi unikal qabiliyyətə malikdir. Ümid edirik ki, Luiza Hey sizin həyatınızı yaxşılığa doğru dəyişməyə yardım edəcək...

Keçmiş haqqında dəfələrlə peşmançılıq çəkməyə dəyməz. Onu mütləq sevgi və minnətdarlıq hissi ilə tərk etməyi bacarmaq lazımdır.

Durmadan öz keçmişin haqqında düşünmək özünə bilərəkdən əzab vermək deməkdir.

Mənfi enerji hiss etdikdə ona sakit yanaşın, çiyinlərinizi düz tutun və fikrinizi daha maraqlı hadisələrə yönəldin.

Öz bədənini dinləməyi bacarmaq lazımdır. O, daim bizimlə əlaqədədir. Hər bir hüceyrə fikir və sözə təsir edir. Əgər xəstələnmisinizsə, onda səbəbləri özünüzdə axtarmağa çalışın: keçmişdəki inciklik, narazılıq, qəzəb, qorxu. Onlardan xilas olun. O zaman tez sağaldığınıza özünüz də təəccüblənəcəksiniz.

Xahiş edirəm, özünütənqid barədə unudun. Əksinə, özünüzü sevməyə və qəbul etməyə çalışın. Ola bilsin ki, xəbəriniz yoxdur, amma yadda saxlayın ki, özünü sevməyən insanlar özünə uğur cəlb edə bilməməklə yanaşı, digərlərinin rəğbətini də qazana bilmir.

Əgər ciddi dəyişikliklər sizi narahat edirsə, elə təsəvvür edin ki, evdə təmizlik işləri görürsünüz. Sonda, ətrafınız təmizlənəcək.

Dünya ucsuz-bucaqsız səhra deyil. Burada hər şeydən kifayət qədərdir və kainat daim sizin onun sərvətləri ilə tanış olacağınızı gözləyir.

Nə qədər çox sevsəniz, bir o qədər çox sevgi ilə əhatə olunacaqsınız.

Vaxt gəlir, sizə əzab verən adamlar özləri əziyyət çəkir və etdiklərinə görə cavab verməli olurlar. Bunu xatırlayın və həddən artıq sərt olmayın.

Mükəmməl olmağınızı gözləməyin, özünüzü olduğunuz kimi sevin. Özünüzü sevməyə gecikməyin.

Dünya ilə istənilən münasibətlər özünü dərkə təsir edir. Özünüzü sevmir və daim günahkar olduğunuzu hiss edirsinizsə, o zaman dərd və narazılıqlardan çıxış yolu tapmaqda çətinliklərlə qarşılaşacaqsınız.

Hər şey mütləq uyğun vaxtda, uyğun məkanda və uğun adamla baş verəcək.

Keçmiş keçib getdi. Bu məsələ ilə barışın. Keçmişdə kimisə incitdiyiniz üçün və ya sizi incitdiklərinə görə özünü danlamaq axmaqlıqdır.

Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın. Bu, xoşbəxtliyinizə və özünü inkişafa mane olacaq.

Sevgi hər problemin yeganə çıxış yoludur. Ona gedən yol həmişə bağışlamaqdan keçir. Bağışlamaq qəlbinizi bütün inciklik və günahdan azad edir.

Sizin gücünüz ağlınız və əllərinizdədir. Onu olmayan yerdə axtarmayın. Ən yaxşı harmoniyanı özünüzdə tapın.

Özünüzü dəyişdirmədən başqasını dəyişdirə bilməyəcəksiniz.

Özünüzə olan sevgi hissi, başqalarının sizə hörmət etməsi deməkdir.

Var olduğunuz üçün özünüzə təşəkkür edin, onda bütün dünya sizi sevəcək.

Özünə məhəbbət nədir? Bu, həyatda bir məqsədin olmaq və özünə ürəyincə iş tapmaqdır.

Səhvi düzəltməyə çalışmayın, ondansa fikirlərinizi dəyişin. Bu halda problem də möcüzəli şəkildə həll olacaq.

Hər bir işinizə sevgi toxumları səpin.

Özünüzdən utanmağa son verin, kompleksləri dayandırın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm