Fransalını Bakıya gətirən məhəbbət
Bizi izləyin

Art

Fransalını Bakıya gətirən məhəbbət

Azərbaycan muğamına olan sevgi fransalı musiqiçini Bakıya gətirib. Pyer de Treqomen muğam öyrənmək məqsədilə xanəndə Qoçaq Əsgərovun tələbələri sırasına yazılıb.

Bu barədə Publika.az-a xanəndə özü məlumat verib:

“YUNESKO”nun eksperti Sənubər Bağırova mənə bildirdi ki, Fransada bir musiqiçi Azərbaycana gəlib, məndən muğam dərsi almaq istəyir. Razılıq verdim. Potensialı var. Başlanğıc olaraq ona “Rast”, “Bayatı-şiraz”ı dəsgah şəklində öyrədirəm. Yaxınlarda isə “Qarabağ şikəstəsini və “Sarı gəlin” xalq mahnısını öyrədəcəm. Pedaqoq kimi çalışmıram, amma bu, muğamlarımızı öyrənmək üçün mənə müraciət edən ilk əcnəbi deyil”.

Q. Əsgərovu xarici səhnədə eşidib, Azərbaycan muğamlarını bu avazla sevən fransalı musiqiçi xanəndəmizdən öyrəndiklərini cazla sintez edəcəyini vurğulayıb.

“Bu, çətin prosesdir, amma bacaracam. Qəzəlləri tərcümə edib, dərk edib, sonra oxuyuram” - deyən Pyer de Treqomen caz ifaçılarından Əziz Mustafazadəni, muğam ifaçılarından isə Alim Qasımov və Qoçaq Əsgərovu tanıdığını bildirib.

Qeyd edək ki, bundan öncə Londonda yaşayan Fidan Hacıyeva Q.Əsgərovdan muğam dərsi alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm