• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Fəxrəddin Manafov ilk dəfə "sevgi"sini göstərəcək

  • Art
  • 23 Fevral 2016 12:15
  • 1 162 Baxış
Fəxrəddin Manafov ilk dəfə "sevgi"sini göstərəcək

Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq. Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Teatrdan Publika.az-a verilən məlumata görə, Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov canlandıracaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR