“Zamanla üz-üzə” Beynəlxalq Musiqi Layihəsi başlayır
Bizi izləyin

Art

“Zamanla üz-üzə” Beynəlxalq Musiqi Layihəsi başlayır

2016-2017-ci il konsert mövsümündə Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” Beynəlxalq layihəsinin keçirilməsi planlaşdırılıb.

Publika.az xəbər verir ki, layihənin bədii rəhbəri- əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcəklər.

Layihəni səciyyələndirən önəmli məqam - bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

2016-cı ilin 2, 4 mart, 13 və 15 aprel tarixində Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” Beynəlxalq layihəsi çərçivəsində konsertlərin keçirilməsi planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm