Umberto Ekodan müdriklik dərsləri: “Tanrıya inanmaq…”
Bizi izləyin

Art

Umberto Ekodan müdriklik dərsləri: “Tanrıya inanmaq…”

84 yaşında həyata vida edən məşhur yazıçı, filosof, semiotik-alim Umberto Eko özündən sonra böyük bir kitabxana və sonsuza qədər insana müdriklik verə biləcək dəyərli əsərlər qoydu.

Publika.az Umberto Ekonun müxtəlif əsərlərindən və müsahibələrindən ən diqqətçəkən fikirləri təqdim edir:

*Müdriklik bütləri yıxmaq deyil, heç bir büt yaratmamaqdır.

*İnsan gərəkdiyindən çox danışmaqla və ya gərək olandan artıq susaraq günah edə bilər.

*Peyğəmbərlərdən və həqiqət uğrunda ölməyə hazır olanlardan qorxun. Çünki onlar bir çox insanı özləri ilə birlikdə, çox zaman özlərindən əvvəl, bəzən də özlərinin əvəzinə ölümə aparırlar.

*Həqiqətin gücü elədir ki, o, eynilə yaxşılıq kimi öz-özünə yayılır.

*Dəlilər və uşaqlar həmişə düzünü söyləyər.

*İnsanın öz səfilliyinə bəhanə tapa bilməsi üçün nifrət edəcək birinə ehtiyacı var.

*İntellektual əxlaqın vazkeçilməz şərti bütün inancları, hətta elmin mütləq reallıq dediklərini belə tənqid edə bilməkdir.

*İnsan qeyri-adi bir varlıqdır. Atəşi kəşf etdi, şəhərlər inşa etdi, möhtəşəm şeirler yazdı, dünyaya müxtəlif yozumlar gətirdi, mifologiyanı yaratdı. Ancaq eyni zamanda, həmcinslərinə qarşı müharibə başlatmaq, ətrafını məhv etmək kimi yanlışlar etməkdən əl keçmədi. Tərəzinin bir gözünə yüksək zehni üstünlüyü, o biri gözünə axmaqlığı qoysaq, tarazlıq yaranar.

*Böyük ateistlərin hamısı dindar yetişdirən məktəblərdən çıxıb.

*Müdriklikdə bir acı var, müdrikliyini artıran dərdini də artırır.

*İnsanların Tanrıya inanmaqdan vaz keçmələri artıq heç bir şeyə inanmadıqları mənasını vermir. Əksinə, hər şeyə inandıqları mənasına gəlir.

İlknur Salamova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm