Hər şey kitab naminə - FESTİVAL
Bizi izləyin

Art

Hər şey kitab naminə - FESTİVAL

Azərbaycanda kitab festivalı keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən “Trames Kitab Klubu”nda Buktreyler Festivalının təqdimatı baş tutub.

“Trames Kitab Klubu” hər həftə üzvlərin görüşünü keçirir. Bu həftə Kitab Klubunun üzvləri üçün həftənin mövzusundan əlavə, Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalının təqdimatı keçirilmiş və festival çərçivəsində çəkiləcək buktreylerlərin müzakirəsi baş tutub. “Trames”in əsas məqsədi kitaba maraq oyatmaqdır.

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Hal-hazırda Festivalda iştirak etmək üçün buktreylerlərin qəbulu davam edir. İştirak şərtləri ilə Festivalın saytında yaxından tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm