
Dövlət Gənc Tamaşaçılar Teatrında martın 10-da Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək.
Publika.az xəbər verir ki, teatrın aktyorları
və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək
tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar
olacaq.
Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin
“Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış
eyniadlı tamaşa nümayiş etdiriləcək.
Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə
əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin
quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva,
Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə
Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov,
Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa
edəcəklər.
Cəvahir