Nazim Hikmətin xatirəsinə
Bizi izləyin

Art

Nazim Hikmətin xatirəsinə

Martın 4-də Nazim Hikmət anılacaq. Publika.az xəbər verir ki, “Nazim Hikməti Anma Gecəsi” adlı həmin tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəstəyi ilə keçiriləcək. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə “Türk Ədəbiyyatı Günləri” çərçivəsində baş tutacaq.

Nazir Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşqun, şairlər, yazıçılar və alimlərin qatılacağı tədbirin qonaqları arasında həyatdaykən Nazim Hikmətlə qarşılaşma şansını əldə edənlər, şairin yaradıcılığı ilə bağlı əhəmiyyət kəsb edən işlər görmüş önəmli şəxsiyyətlər olacaq.

Azərbaycan Nazim Hikmətin həyatında çox əhəmiyyətli yer tutub. Hətta burada etdiyi çıxışlardan birində N.Hikmət “Bu dünyada nə varsa, öyrəndim, çoxunu sizlərdən öyrəndim”- demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm