"Bitsin Xocalı yası!" - FOTOLAR
Bizi izləyin

Art

"Bitsin Xocalı yası!" - FOTOLAR

H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı Xocalı soyqırımı ilə bağlı "Bitsin, Xocalı yası!" adlı tamaşa - kompozisiya nümayiş edib.

Publika.az xəbər verir ki, fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı Xocalı soyqırımının iyimi dördüncü ildönümü ilə bağlı Nəsimi rayonu 1 saylı tam orta məktəbdə "Bitsin, Xocalı yası!" adlı tamaşa - kompozisiya nümayiş etdirib.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etməsindən, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırışdan, 25 fevral 1997-ci ildə isə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Prezident Heydər Əliyev tərəfindən verildiyi Fərman haqqında söz açıb.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülnarə Verdiyeva, Nəsimi rayon İdarə və Müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm