Dram Teatrında “Sənətkarın taleyi”
Bizi izləyin

Art

Dram Teatrında “Sənətkarın taleyi”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa milli teatr tariximizə adını əbədi olaraq həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.

İki hissəli faciənin quruluşçu rejissoru İranə Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikova, geyim üzrə rəssamları İranə Tağızadə, Tatyana Melnikova, musiqi tərtibatı Vladimir Neverov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində rolları xalq artistləri Şükufə Yusupova, Cəfər Namiq Kamal, əməkdar artistlər Firdovsi Atakişiyev, Elşən Cəbrayılov, Aslan Şirin, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Hikmət Rəhimov, Vüsal Mustafayev, Anar Heybətov, Mirzə Ağabəyli, Cümşüd Zeynalov, Vasif Həsənəliyev, Rəşad Bəxtiyarov, Əjdər Zeynalov, İnna İmranova canlandırıblar.

Pyesdə diqqətə çatdırılıb ki, Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Azərbaycanın ilk professional aktyoru və peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də maddi çətinlikləri yetərincə idi. Aktyoru nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm