Məşhur aşığın kitabı dərc olundu
Bizi izləyin

Art

Məşhur aşığın kitabı dərc olundu

“Elm və təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə XX əsr aşıq sənətimizin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq mühitinin yetirməsi, Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi Hüseyn Saraclı haqqında kitab işıq üzü görüb.

Aşıqlar Birliyinin yaydığı məlumata görə nəfis tərtibatlı 23 çap vərəqi həcmində olan “Hüseyn Saraclı” kitabı aşığın 100 illiyinə töhfə olaraq Xalq Şairi Zəlimxan Yaqubun məsləhəti ilə iki il bundan əvvəl çapa hazırlanıb.

Nəşrin redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Kitaba ustad aşığın şeirləri və dastan yaradıcılığından nümunələrlə yanaşı, onun haqqında müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalələr, xatirə yazıları və ustada həsr olunmuş əsərlər də yer alıb. Nəşrdə Z.Yaqubun bir neçə il əvvəl böyük ustada həsr etdiyi “Hüseyn Saraclı dastanı” da verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm