İki xalq artisti birləşdi və…
Bizi izləyin

Art

İki xalq artisti birləşdi və…

Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi xalq artistləri Zərnigar Ağakişiyeva və Rafael Dadaşovun anadan olmasının 70 illiyi ilə əlaqədar Dövlət Dəniz Akademiyasının tələbələri ilə yubilyarların görüşünü təşkil edəcək.

Publika.az xəbər verir ki, görüşdə aktyorların həyat və yaradıcılığından söhbət açılacaq, muzey tərəfindən hazırlanmış video-carxlar nümayiş olunacaq, tamaşaçıları maraqlandıran suallar səsləndiriləcək.

Tədbir bu gün saat 15-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçiriləcək.

Çağdaş Azərbaycan teatrı tarixində xalq artistləri Zərnigar Ağakişiyeva və Rafael Dadaşovun özünəməxsus yeri var. Bu sənətkarlar həm səhnədə, həm də film və televiziya tamaşalarında yaratdıqları yaddaqalan obrazlarla tamaşaçıların sevimlisinə çevriliblər. Hər iki aktyorun sənətə gəlişi ötən əsrin 70-ci illərinə təsadüf edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm