Van Qoq həsrətində - FOTOLAR
Bizi izləyin

Art

Van Qoq həsrətində - FOTOLAR

Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun həyatından bəhs edən animasiya filmi hazırlanır.

Publika.az xəbər verir ki, “Loving Vincent” (“Vinsenti sevmək”) adlı filmin nə vaxt yayımlanacağı, hələlik açıqlanmayıb. Dünyanın həyəcanla gözlədiyi filmin hər saniyəsi üçün Van Qoqun tərzini əks etdirməyi bacaran 100 rəssamın yağlı boya ilə çəkdiyi 12 ədəd əsərdən istifadə edilir. Bu əsərlər kompyuter proqramında ard-arda birləşdirilərək 1 saniyəlik görüntülər əldə edilir.

Filmin ssenarisi isə rəssamın yazdığı 800 məktub əsasında yazılıb.

Gəlmiş-keçmiş ən böyük rəsaamlardan olan Van Qoq 37 yaşında intihar edib.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm