İki filmimiz Ekvadorda nümayiş olundu
Bizi izləyin

Art

İki filmimiz Ekvadorda nümayiş olundu

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ekvador Respublikasının Mədəniyyət və İrs Nazirliyinin və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə paytaxt Kitoda yerləşən FLACSO universitetində “Hökmdarın taleyi” bədii filminin təqdimatı keçirilib.

Tədbirdə Braziliyadakı, eyni zamanda, Ekvadordakı səfirimiz Elnur Sultanov “Hökmdarın taleyi” bədii filmi haqqında məlumat verərək, ermənilərin tarixən Cənubi Qafqazda yaşamadıqlarını bildirib, həmçinin onların XIX əsrdən başlayaraq əzəli Azərbaycan torpaqlarına köçürülməsinə dair tarixi faktlar və bunun sonradan regionda yaratdığı fəsadlar barədə danışıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, Kitonun Kino İnstitutunda (Incine) Xocalı soyqırımına həsr edilmiş “Dua” sənədli filmi təqdim olunub.

Təqdimatdan əvvəl çıxış edən səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən və 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc soydaşlarımıza qarşı törədilmiş soyqırımı barəsində iştirakçılara geniş məlumat verib.

Sonra diplomat ekvadorlu tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Hər iki filmin nümayişi yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirlər zamanı tamaşaçılara ispan dilində müxtəlif materiallar təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm