• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rus Dram Teatrından əsgərlərimizə dəstək

  • Art
  • 6 Aprel 2016 18:28
  • 519 Baxış
Rus Dram Teatrından əsgərlərimizə dəstək

Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında Qarabağda hərbi əməliyyatlarla əlaqədar kollektivin iştirakı ilə yığıncaq keçirilib.

Publika.az xəbər verir ki, teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski tezliklə əsgərlərimizin yanına getmək üçün cəbhə briqadasının yaradılacağını deyib.

Tədbirdə həmçinin Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, Fuad Poladov, əməkdar artistlər Yevgeni Nevmerjiskaya, Natalya Şarovskaya, Rita Əmirbəyova, aktyorlardan Teymur Rəhimov, Rüfət Nəzərov və başqaları da çıxış ediblər.

Onların hər biri öz çıxışlarında ordumuzun hərbi əməliyyatlara hazır olduğunu və onları dəstəklədiyini dilə gətiriblər. Onlar bildiriblər ki, əgər Prezident İlham Əliyev əmr verərsə, xalqımıza bu müharibədə qələbə qazanmağa kömək olmaq üçün könüllülər sırasında olmağa hazırdırlar.

Teatrın direktoru Ədalət Hacıyev də fikirlərini bölüşüb: “Allaha şükür ki, biz 90-cı illərin əvvəllərində yaşamırıq. Torpaqlarımızı qorumaq üçün bütün imkanlarımız var. Ölkəmiz uzun illərdir Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma Ermənistan tərəfi təxribatla məşğul olmaqda davam edir. İndi xalqımız onlarla sonuna qədər mübarizə aparmağa hazırdır. Biz Ali Baş Komandamız İlham Əliyevə və ordumuza inanırıq”.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR