Ordumuza dəstək üçün klip çəkildi - FOTO
Bizi izləyin

Art

Ordumuza dəstək üçün klip çəkildi - FOTO

RTV-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi “Azərbaycan əsgərləri” klipi ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, hərbi-vətənpərvərlik ruhunda yazılmış “Azərbaycan əsgərləri” mahnısında ölkəmizin hərbi qüdrəti və əsgərlərimizin şücaəti öz əksini tapıb.

Klipin yaradıcı heyətinin iştirakı ilə keçirilən təqdimat mərasimində vətənpərvərlik mövzusunda hazırlanan layihələrin vacibliyindən danışılıb.

Bəstəsi və ifası müğənni Səyyad Əlizadəyə məxsus musiqinin sözləri şair Vaqif Bəhmənliyə, aranjemanı isə Birhan Birərə aiddir. 2015-ci ilin noyabrından start verilən çəkilişlər Azərbaycanın cəbhə bölgəsində yerləşən və digər hərbi hissələrdə aparılıb.

Klipin operatoru Elmar Hacıyev, montajçısı Fuad Əliyev, prodüseri isə Vəli Turandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm