Mənsum İbrahimov: “Bu gün biz hamımız əsgərik”
Bizi izləyin

Art

Mənsum İbrahimov: “Bu gün biz hamımız əsgərik”

Son günlər cəbhə xəttində başverənlər sənət adamlarında da böyük ruh yüksəkliyi yaradıb.

Publika.az-a açıqlama berən xalq artisti Mənsum İbrahimov təəssüratını bölüşüb: “Son hadisələr bir vətəndaş kimi hamımızı qürurlandırdı. Biz ordumuzla, dövlətimizlə birlikdəyik. Ölkə rəhbərliyinin, Ali Baş Komandanın qətiyyətini təqdir edirik, biz də hər zaman onun yanındayıq. Düzdür, müharibə itkisiz olmur. İgid oğullarımız şəhid olur. Onlar həm də bizim balalarımızdır. Allah şəhidlərimizin yaxınlarına səbr versin. Vətən oğlu vətəni qorumalıdır. Bu gün biz hamımız əsgərik və Ali Baş Komandanın əmrini gözləyirik. Bizim torpaqlarımızı geri almağa güclü ordumuz var. İnşallah, gün o gün olsun, qələbə sevincini Cıdır düzündə qeyd edək, Ali baş Komandan qarşısında “Qarabağ” şikəstəsini oxuyum. Cıdır düzündə bunu mütləq edəcəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm