• USD 1,7000 0,00% EUR 1,9848 -0,14%
    • GBP 2,2354 -0,04% RUB 0,0253 +1,58%

Muxtar Maniyevin oğlu: “Ayaqlarının kəsildiyini biləndə…”

  • Art
  • 8 Aprel 2016 16:15
  • 1 335 Baxış
Muxtar Maniyevin oğlu: “Ayaqlarının kəsildiyini biləndə…”

Hər iki ayağı amputasiya olunan xalq artisti Muxtar Maniyevin səhhəti nisbətən yaxşılaşıb. İki həftədir ki, əməliyyat olunan aktyor ev şəraitində, həkim nəzarəti altında müalicə olunur.

Bu barədə Publika.az-a sənətkarın oğlu Tural Maniyev məlumat verib: “Atamın səhhətində nisbətən irəliləyiş var. Buna görə şükür edirik. Sağ olsunlar, Mədəniyyət və Turizm, eləcə də, Səhiyyə Nazirliyinin nümayəndələri vaxtaşırı onunla maraqlanır”.

Oğlu xalq artistinin amputasiya olunmuş ayaqlarına görə pis olduğunu da deyib: “Ayaqlarının kəsilməsini biləndə sarsıldı. Amma neyləmək olar, özü də bilir ki, bu, həyatdır, xəstəlik də qaçılmazdır. Atam milli kinomuz üçün yetərincə xidmət göstərib, bir-birindən gözəl rollar yaradıb. Bura qədərmiş. İndi idə Allahdan ona cansağlığı arzulayırıq, nəfəsi gedib-gəlsin, amma bizimlə olsun”.

Oğlu aktyorun arzusunu da dilə gətirib: “Atamın arzuları bizimlə bağlıdır. Uşaqlıqdan həmişə deyib ki, arzum budur uşaqlarımın üzü gülsün, xoşbəxt olsunlar”.

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>