Xalq artisti: “Həkim demişdi ki, bunu eləməsən…”
Bizi izləyin

Art

Xalq artisti: “Həkim demişdi ki, bunu eləməsən…”

İllər keçsə də hər zaman formada qalan xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zemfira Nərimanova gözəllik sirlərini açıqlayıb.

Publika.az-a danışan aktrisa pəhriz saxlamadığını deyib: “Baxmayaraq ki, çörəkdən az istifadə edirəm, amma istədiyimi yeyirəm. İndiyə qədər bir dəfə də olsun plastik əməliyyat etdirməmişəm. Lazım gələndə mezoterapiya və digər kosmetik prosedurlardan istifadə edirəm. Piyada gəzməyə önəm verirəm, avtomobildən yalnız vacib məqamlarda istifadə edirəm. Moskvada olanda bir həkim mənə demişdi ki, sağlam olmaq istəyirsənsə, gündə ən azı 1-2 kilometr piyada gəzməlisən. Gözəl və formada qalmağın əsas səbəbi genetika ilə bərabər, həm də fiziki aktivlikdir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm