“Matrix”in ulduzu şeirlər kitabı çıxardı – FOTO
Bizi izləyin

Art

“Matrix”in ulduzu şeirlər kitabı çıxardı – FOTO

“Matrix” filmi ilə məşhurlaşan aktyor Kianu Rivzin şeirlər toplusundan ibarət kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, “Shadows” (“Kölgələr”) adlanan kitabda yer alan illüstrasiyaları amerikalı rəssam Aleksandra Qrant çəkib. Kitabda əsas bədii obraz kölgədir. Kölgə insanın qaranlıq tərəfinin metaforası kimi təqdim edilib. 112 səhifəlik kitabda Qrantın illüstrasiyalarını Rivzin qısa şeirləri izləyib.

Qrantla Rivz ötən il də birgə kitab nəşr etdiriblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm