“Ağ və Qara” beynəlxalq festivalda
Bizi izləyin

Art

“Ağ və Qara” beynəlxalq festivalda

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb. Belə ki, teatr 15-19 aprel tarixlərində Rusiya Federasiyasının İvanov şəhərində baş tutacaq XI Beynəlxalq “Muraveynik” kukla teatrları festivalında çıxış edəcək.

Publika.az xəbər verir ki, festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək kollektiv tamaşaçılar qarşısında teatrın uğurlu səhnə işlərindən olan “Ağ və Qara” tamaşasını göstərəcək.

Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əiliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.

Artıq iki beynəlxalq festivalda uğurla təmsil olunan tamaşa Kamran Şahmərdanın eyniadlı pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulub. Səhnə əsərində kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qövvələrlə rastlaşması və onlarla mübarizəsi öz əksini tapıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm