Habil Əliyevin xatirəsi belə əbədiləşdiriləcək
Bizi izləyin

Art

Habil Əliyevin xatirəsi belə əbədiləşdiriləcək

Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş gənc kamança ifaçılarının I respublika müsabiqəsinə start verilib.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə təşkil olunan müsabiqənin keçirilməsində məqsəd respublikada kamança ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin inkişaf etdirilməsi, həmçinin milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

Müsabiqənin I-ci turu 11-30 aprel tarixində Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Ağcabədi, Goranboyda, II-ci turu isə 2-5 may 2016-cı il tarixində Ağdaş şəhərində təşkil olunacaq.

Qaliblərinin yekun konserti may ayında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm