Məşhur fransız aktyoru Bakıda
Bizi izləyin

Art

Məşhur fransız aktyoru Bakıda

Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzində məşhur fransız aktyoru Loran Dekolun ifasında “Sükutun sözləri” tamaşası təqdim ediləcək.

Publika.az xəbər verir ki, tamaşa Fransız İnstitutu və Fransa səfirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Frankofoniya və fransız dili həftəsi” çərçivəsində nümayiş olunacaq.

Loran Dekol 8 çıxış nömrəsində öz pantomima sənəti vasitəsilə lovğa, təkəbbürlü, heç nədə tərəddüd etməyən, beləliklə çox gülünc, bəzən patetik və daha çox yazıq bir personaj portretini təqdim edəcək. Tamaşa 19.30-da başlayacaq.

Hazırda Bakıda olan aktyor ADO teatrında ustad dərsləri keçir.

Loran Dekol 100-ə yaxın ölkədə 2000 tamaşa və təlim stajları həyata keçirmiş “Jest” teatr şirkətinin bədii rəhbəridir. O, Marsel Marso və Etyenn Dekrunun imtiyazlı tələbəsi olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm