Sənətçilərimiz rusiyalı məşhurlarla bir arada
Bizi izləyin

Art

Sənətçilərimiz rusiyalı məşhurlarla bir arada

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası göstəriləcək.


Publika.az xəbər verir ki, azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcəklər.

Teatrın ən istedadlı vokalçıları – İnarə Babayeva Rozina, Əkrəm Poladov Doktor Bartolo, Səbinə Əsədova Berta, xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarını ifa edəcəklər.

Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti Nikolay Şulyak, Fiqaro partiyasını isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, əməkdar artisti Vladimir Qromov ifa edəcəklər.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.


Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm