Uzaq “Qohumlar” Bakıya gəlir
Bizi izləyin

Art

Uzaq “Qohumlar” Bakıya gəlir

Dövlət Gənc Tamaşaçılar Teatrında yaxın günlərdə daha bir Beynəlxalq layihə reallaşacaq.

Teatrdan Publika.az-a bildirilib ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri B.Basanqovun “Qohumlar” əsərinə quruluş verəcək. Müzikl janrında hazırlanacaq tamaşanın bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Manjiyev, rəssamı Elşən Sərxanoğludur.

Əsas rollarda Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorları və Kalmık Milli Dram Teatrının aktyorları çıxış edəcəklər.

Tamaşa bu ilin noyabr ayında Kalmık Milli Dram Teatrının 80 illik yubileyi çərçivəsində Azərbaycan və Kalmık teatrları aktyorlarının birgə iştirakı ilə Elista şəhərinin bir neçə rayonunda nümayiş olunacaq.

Zəngin musiqi nömrələri, maraqlı rəqs elementləri ilə müşayiət olunacaq tamaşanın Bakı premyerası iyun ayının 1-ci on günlüyündə baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm