“Dəlinin qeydləri” Moskvaya aparılır
Bizi izləyin

Art

“Dəlinin qeydləri” Moskvaya aparılır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir Beynəlxalq Festivalda iştirak edəcək.

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi may ayında daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün dəvət alıb.

Publika.az xəbər verir ki, yaradıcı heyət Moskva vilayətinin Lobnya şəhərində keçiriləcək “Rus klassikası” Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Hər il ənənəvi olaraq keçirilən festival mayın 21-dən 29-dək davam edəcək.

Festivalda ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm