Azərbaycanlı aktyorlar Türkiyədən belə qayıtdı
Bizi izləyin

Art

Azərbaycanlı aktyorlar Türkiyədən belə qayıtdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bursa 5-ci Beynəlxalq Teatr Festivalından qayıdıb.

Publika.az xəbər verir ki, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektiv xalq yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya ilə çıxış edib. Tamaşa uğurla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova və başqaları çıxış edib.

Qeyd edək ki, “Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm