“Mən gəldim qızlar” - Orenburqda
Bizi izləyin

Art

“Mən gəldim qızlar” - Orenburqda

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Publika.az xəbər verir ki, dəvət Rusiya Federasiyası Orenburq vilayətində mayın 27-dən iyunun 2-dək davam edəcək “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Teatr festivalda L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.

Quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm