Kann festivalının münsiflər heyəti açıqlandı
Bizi izləyin

Art

Kann festivalının münsiflər heyəti açıqlandı

69-cu Kann kinofestivalının münsiflər heyətinin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki,bu il münsiflər heyətində aktrisalar Vanessa Paradi, Kirsten Danst və Valeriya Qolino, ssenarist və rejissorlar Arno Depleşen və Laslo Nemeş, aktyorlar Mads Mikkelsen və Donald Sazerlend, prodüser Katayun Şahabi yer alıb.

Münsiflər heyətinin sədri isə rejissor Corc Millerdir.

Festivalın əsas müsabiqə proqramına 21 film daxil olub. Onların arasında ən güclü namizədlər Cim Carmuş, Ksavye Dolan, Pedro Almodovar, Dardenn qardaşları, Nikolas Vindinq Ryofn, Pan Çxan Uk və Şon Pennin filmləridir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm