Ulu öndərin xatirəsi silsilə tədbirlərlə qeyd olunacaq
Bizi izləyin

Art

Ulu öndərin xatirəsi silsilə tədbirlərlə qeyd olunacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illiyi Bəstəkarlar İttifaqında mayın 6-dan 12-dək silsilə tədbirlərlə qeyd olunacaq.

Publika.az xəbər verir ki, mayın 6-da saat 14:00-da ittifaqın Konfrans zalında “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda elmi-konfrans təşkil olunacaq.

Həmçinin mayın 12-də saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ilə “Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu” mövzusunda görüş olacaq.

Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqınını Üzeyir Hacıbəyli adına konsert salonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə vətənpərvərlik növzusunda bəstələnmiş yeni əsərlərindən ibarət konsertin keçirilməsi planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm