Azərbaycanlı generalın gizli həyatı FİLM OLDU
Bizi izləyin

Art

Azərbaycanlı generalın gizli həyatı FİLM OLDU

Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı olacaq.

Mayın 11-də Nizami Kino Mərkəzində “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” studiyasında çəkilən film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm