Nizamidə hansı filmlər var?
Bizi izləyin

Art

Nizamidə hansı filmlər var?

Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “İçəri şəhər”, Türkiyə istehsalı olan “Annemin yarası” filmlərinin və 3D formatda çəkilmiş “Retçet və Klank: qalaktika döyüşçüləri” animasiya filminin nümayişinə başlanılıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi “İçəri şəhər” filmi gənc qızın Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir. Filmin quruluşçu operatoru Luka Koassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda aktyorlar Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, Təhminə Rafaella, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov və Murad Məmmədov çəkiliblər.

AF Media–Azərbaycan şirkətinin təqdim etdiyi “Annemin yarası” filmini rejissor Ozan Açıktan dram janrında çəkib. Baş rolları Ozan Güven, Meryem Uzerli, Belçim Bilgin, Okan Yalabık ve Bora Akkaş oynayıb.

Honkonq, Kanada və ABŞ istehsalı olan 3D formatda çəkilmiş “Retçet və Klank: qalaktika döyüşçüləri” animasiya filmini rejissor Kevin Manro T.C.Fiksmanın ssenarisi əsasında komediya, fantastika, döyüş və macəra janrında lentə alıb. Baş rolların ifaçıları Ceyms Arnold Teylor, Devid Key, Cim Uord, Rozario Douson, Pol Camatti, Con Qudman, Mark Qraye, Alessandro Culiani, Armin Şimerman, Silvestr Stallonedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm