Art
Kann kinofestivalının açılış mərasimi – FOTOLAR
Dünən 69-cu Beynəlxalq Kann Kinofestivalının açılış mərasimi olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, festivalın açılışında ənənəvi olaraq bir çox dünya ulduzları iştirak ediblər. Qırmızı xalıda Biyanka Balti, Culiana Mur, Yeva Lonqoriya, Bleyk Layvli, Viktoriya Bekhem, Yeva Lonqoriya, Castin Timberleyk, Cessika Çesteyn, Naomi Uotts, Anna Kendrik, Bella Hadid və başqa məşhurlar görünüblər.
Festival rejissor Vudi Allenin, baş rollarda Bleyk Layvli, Krsiten Stüart və Cessi Ayzenberqin oynadığı "Kübar həyat" filmi ilə açılıb. Festivalın münsiflər heyətinə bu il avstraliyalı rejissor, ssenarist və prodüser Corc Miller rəhbərlik edəcək. Onunla birlikdə filmləri amerikalı aktrisa Kirsten Dants, fransalı aktrisa Vanessa Paradi və italiyalı aktrisa Valeriya Qolino, kanadalı aktyor və kinoprodüser Donald Sazerlend, iranlı prodüser və rejissor Katayun Şahabi, Mads Mikkelsen, eləcə də fransalı rejissorlar Arno Depleşen və Laslo Nemeş təhlil edəcək.
Bu il Kann kinofestivalı çərçivəsində çox maraqlı filmlərin nümayişi baş tutacaq: Jan-Pyer və Lyuk Dardenni, Pedro Almodovar, Ksavye Dolan, Cim Jarmuş, Şon Penn və bir çox başqa tanınmış rejissorlar öz filmlərini təqdim edəcəklər. Kann festivalının "Qızıl Palma budağı" mükafatına bu il 21 ekran işi iddialıdır. Mükafatlandırma mərasimi mayın 22-də keçiriləcək.
Aytən
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO