Məşhur rəssamın əsəri rekord qiymətə satıldı – FOTO
Bizi izləyin

Art

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı – FOTO

Amerikalı rəssam Jan-Mişel Baskiyanın avtoportreti Christie's hərracında satışa çıxarılıb.

Publika.az xəbər verir ki, əsər 57,3 milyon dollara satılıb. Bu, Jan-Mişelin əsərləri üçün ödənilmiş rekord məbləğdir. Bu günə kimi Baskiyanın ən bahalı əsəri 48,8 milyon dollar olub.

Rekord qiymətə satılan avtoportret 1982-ci ildə yaradılıb. “Adsız” adlı əsərin 40 milyon dollara satılacağı təxmin edilirdi. Ancaq adı açıqlanmayan kolleksionerlərdən biri rəssamın əsərini yüksək qiymətləndirib.

Jan-Mişel Baskiya öz müasirlərindən tamamilə fərqlənib. O, bir növ küçə sənətini qalereyalara gətirib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm