Art
Azərbaycanda bir İLK
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirilib. Yaxın Şərq və MDB məkanı üzrə belə bir beynəlxalq sənət yarışması ilk dəfə ölkəmizdə gerçəkləşir.
Publika.az xəbər verir ki, açılış mərasimi himnimizin səslənməsi ilə başlanıb. Sonra Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin səhnə və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
Sənət yarışında 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edir. Müsabiqə klassik və milli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilir.
İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, Dilarə Əliyeva, Rusiyanın xalq artisti Dikalu Muzakayev, Litvanın əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirəcək.
Müsabiqəyə mayın 19-da yekun vurulacaq.
Cəvahir
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO