Tanınmış rəssamın sərgisi olacaq
Bizi izləyin

Art

Tanınmış rəssamın sərgisi olacaq

İyunun 3-də Muzey Mərkəzində tanınmış rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın müxtəlif mövzularda sənət əsərləri nümayiş olunacaq.

Müasir Azərbaycan incəsənətinin ən istedadlı nümayəndələrindən olan Vüqar Muradov 1967-ci ildə Bakıda doğulub, 1986-cı ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. O, 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildən başlayaraq onun Vaşinqtonda, Tehranda, Moskvada, Parisdə, Lüksemburqda sərgiləri keçirilir.

Rəssamın sənət əsərləri dəfələrlə Nyu-Yorkun “MoMA The Museum of Modern Art”, Vaşinqtonun “Solomon R. Guggenheim Museum” və “Central and Eastern European Art Foundation” kimi sərgi məkanlarında nümayiş olunub.

Vüqar Muradov, həm də karikatura janrında bir çox əsərlərin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm