Əməliyyat olunan xalq artisti: “Qanaxma dayanmır”
Bizi izləyin

Art

Əməliyyat olunan xalq artisti: “Qanaxma dayanmır”

Tanınmış diktor, xalq artisti Sabir Ələsgərli əməliyyat olunub.

Tibb Universitetinin cərrahiyyə şöbəsində əməliyyat olunan diktor səhhəti ilə bağlı Publika.az-a açıqlama verib.

“Prostat vəzindən əməliyyat olundum. Həkimlər deyir ki, hər şey yaxşı olacaq. Hələ bilmirəm necə olacaq. Reanimasiyadan palataya keçmişəm, evə nə vaxt buraxılacağımı deməyiblər. Hələ ki, yataqdan qalxa bilmirəm. Qanaxmam var, həkimlər buna görə narahatdır. Qanaxma dayansa, özümü yaxşı hiss edərəm”.

Xalq artisti bir neçə aydan sonra yenidən əməliyyat olunacağını da deyib: “Həkimlər deyir hələ bir dəfə də əməliyyat olunmalıyam. Səbəbini bilmirəm”.

Məşhur diktor mart ayında böyrək əməliyyatı keçirmişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm