Rus professordan ustad dərsi - BAKIDA
Bizi izləyin

Art

Rus professordan ustad dərsi - BAKIDA

Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Sankt-Peterburq Musiqi Liseyinin direktoru, fortepiano ixtisası üzrə professor Vitali Romanov ustad dərsi keçib.

İdarədən bildirilib ki, bu görüş mayın 18-dən 20-dək paytaxtımızda reallaşdırılan “Bakıda Sankt-Peterburq görüşləri” adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində baş tutub.

Ustad dərsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Ayan Aslanova, Zərqələm Mehdiyeva və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Həşim Həşimov və Məryəm Vəliyevanın fortepianoda ifaları dinlənilib.

Şagirdlərin ifalarını rəğbətlə qarşılayan Vitali Romanov onlara ustad tövsiyələri verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm