Azərbaycanlı aktrisanın sorağı Rusiyadan gəldi
Bizi izləyin

Art

Azərbaycanlı aktrisanın sorağı Rusiyadan gəldi

Yekatirinburqda keçirilən SSRİ xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova ölkəmizi təmsil edib.

Publika.az xəbər verir ki, gənc aktrisa Aydan Həsənova bu mötəbər tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə iştirak edib. Finalda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edən Aydan Həsənova “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”ndə 3-cü yeri qazanıb.

Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, “Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutub.

Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak ediblər. Müsabiqə Rusiya Federasiyasının Yekatirinburq şəhərində - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçirilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm