Mehdiabadda Anarla görüş
Bizi izləyin

Art

Mehdiabadda Anarla görüş

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarla görüş keçirilib.

AYB-nin mətbuat xidmətindən bildirilib ki, yazıçının məktəblilərlə görüşü Abşeron Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən birgə təşkil edilib.

Tədbiri açan məktəbin direktoru Elnura Cavadzadə bu görüşün məktəblilər üçün əhəmiyyətini vurğulayıb. AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Xalq Yazıçısı Anarın həyat və yaradıcılığından söhbət açıb. Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin müdiri Kamran Rzayev, yazıçı Pərvin və başqaları ədəbiyyatımızın görkəmli nümayəndəsi Anarın əsərlərinin gənc nəslin formalaşmasında xüsusi əhəmiyyətini qeyd ediblər.

Tədbirdə ədibin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib. Habelə Anarın ssenarisi əsasında çəkilmiş film və tamaşalardan səhnəciklər göstərilib, yazıçı haqqında ayrı-ayrı ədiblərin fikirləri səsləndirilib, şeirlər oxunub, məktəblilərin sualları cavablandırılıb.

Sonda Anar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm